48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd Eldəniz Səttarov seçiciləri ilə son təşviqat görüşlərini keçirib. “Qafqazinfo” xəbər verir ki, seçkiqabağı təbliğatını qanun çərçivəsində uğurla aparan gənc namizəd E. Səttarovun Yevlax şəhərində seçiciləri ilə yekun görüşləri olub.
Təşviqat dövrü yevlaxlılar tərəfindən böyük rəğbətlə qarşılanan gənc, demək olar ki, seçkilərə tam hazırdır. Mütləq əksəriyyətin dəstəyini alan E. Səttarov bütün görüşlərdə ölkə rəhbəri İlham Əliyevin gənclərə çağrışını əldə rəhbər tutaraq seçkilərə qatıldığını və seçicilərin etimadını qazandığı tədqirdə onlarla birgə dövlətiçiliyin inkişafı naminə, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərəcəyini bildirib:
"Əziz yevlaxlılar, ilk növbədə təşviqat günlərində mənimlə birgə olub mənə dəstək verdiyinizə, keçirilən görüşlərdə fəal iştirak etdiyinizə görə sizin hər birinizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm.
Bu müraciətim sizə sonuncu təşviqat çağırışıdır. Gəlin seçkilərdə fəal olaq. Hər birinizi seçki günü aktiv olmağa çağırıram. Seçkilərdə mütləq iştirak edin. İştirak edin ki, öz namizədinizə səs verib onun qələbəsinə nail olasınız. Mən sizlərə inanıram. İnanıram ki, sizinlə birgə çəkdiyimiz zəhmət hədər getməyəcək. Dövlətimizin, dövlətçiliyimizin inkişafı naminə, Yevlaxımızı daha abad, daha gözəl qurmaq naminə seçkilərə qatılın. Gəlin seçin ki, ümüdlərinizi doğrulda biləsiniz. Bu vacib və mütləqdir. Mən söz verirəm ki, sizin yanınızda olub bütün uğurlara sizinlə birgə imza atacağam”.


Son xəbərlər
Son Xəbərlər