“Eldost inşaat” MMC də korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən təxirəsalınmaz tədbirləri dəstəkləyir.
“Qafqazinfo”nun məlumatına görə, şirkət ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5000 manat vəsait köçürüb.
Şirkətin baş direktoru Huseyn Rəfiyev bildirib ki, MMC koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirini məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini daim dəstəkləyir. Direktor onu da əlavə edib ki, virusa yoluxma hallarının qarşısını almaq məqsədilə “Eldost inşaat” MMC-nin ofis-anbarında və dükanlarında mütəmadi olaraq, dezinfeksiya işləri davam etdirilir və profilaktik tədbirlər görülür.
Son xəbərlər
Son Xəbərlər