“Eldost İnşaat” da Silahlı Qüvvələrə yardım etdi

eldost-insaat-da-silahli-quvvelere-yardim-etdi
Oxunma sayı: 2991

“Eldost İnşaat” MMC Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna  5 min manat köçürüb.

Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Azərbaycan Ordusunun hər əsgəri, hər zabiti üçün bir ucalıq var - Vətən ucalığı. Hər biri üçün bir müqəddəslik var - Vətən. Hər biri üçün bir and var - Vətən andı. Bunlar kifayət qədər yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusunun həm də mənəvi-psixoloji hazırlığının təsdiqidir. Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə “Eldost İnşaat” şirkəti də öz üzərinə düşən məsuliyyəti yerinə yetirir. Belə ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatına dəstək olmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5 min manat vəsait köçürüb.  “Eldost İnşaat”  MMC-nin kollektivi hər zaman dövlətin yanındadır. İş adamlarından və imkanlı şəxslərdən dövlətə, millətə, orduya öz vətəndaş dəstəyini əsirgəməməklərini və bu kimi addımlarn davamının gəlməsinə çağırırıq.