“Bir müddət əvvəl yeznəm Musayev Vilayət avtomobilini qeydiyyatdan çıxarmaq üçün onunla Gəncəyə getməyimi təklif etdi. Avtomobili qeydiyyatdan çıxarıb Tovuz rayonunda qeydiyyata salmalı idik. Qeydiyyat idarəsinin birinci mərtəbəsində 3 nömrəli otaqda sənədimizi aldılar. Ərizə yazan dedi ki, 3 manat verməlisiniz. Pulu verdik. Daha sonra avtomobilə baxdırmaq üçün başqa bir yerə getdik . Orada da bizdən üç manat aldılar. Kompyuter otağında da iki manat istədilər. Daha sonra yeddi nömrəli otağa qalxdıq və orada sənədə baxan kimi “pulunu verin” dedilər. Etiraz etdik ki, biz daha nə qədər pul verməliyik? Əgər avtomobili qeydiyyatdan çıxarmağın rüsumu varsa, çek yazın ödəyək. Cavabında 40 manat ödəməlisiniz dedilər. Sonra mayor dedi ki, qonaq olduğunuz üçün 30 manat verin. Verdik. Bizi yenidən üç nömrəli otağa göndərdilər. Orada sənədlərimizi kitaba salıb üç manat istədilər. Bundan sonra İlham adlı birisi avtomobili DYP-da qeydiyyata salmaq üçün arayış yazıb 20 manat istədi. Etiraz etdik deyə, 15 manat verdik. Avtomobili qeydiyyatdan çıxarmaq üçün 55 manat pulumuzu aldılar. Elə bil ora dövlət idarəsi deyil, bazardır. Deyəndə ki sizi şikayət edəcəyik, cavab verirlər ki, get hara şikayət edirsən et”.
Son xəbərlər
Son Xəbərlər