“Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən Endrü Parsons deyib: “Bizim Prezident şəxsən özü bu medalı Sizə təqdim etmək istəyirdi. Lakin əfsuslar olsun ki, səhhəti ilə bağlı kiçik problemlər yaşadığından bunu edə bilmədi. “Şərəf” medalı paralimpiya hərəkatına dəstək göstərdiklərini qiymətləndirmək üçün yalnız dövlət başçılarına verilir və bu hərəkata göstərdiyiniz dəstəyə görə Sizə təqdim olunur”.
İlham Əliyev isə bildirib ki, belə bir medala layiq görülmək onun üçün böyük şərəfdir: “Bizim paralimpiya hərəkatına göstərdiyiniz dəstək üçün sizə təşəkkürümü bildirirəm. Biz öz paraolimpiyaçılarımız üçün ən yaxşı şərait yaratmaq məqsədilə əlimizdən gələni edirik. Elə indicə məşhur, əfsanəvi paralimpiyaçımız İlham Zəkiyev qızıl medal qazandı”.
Yəqin siz də bilirsiniz ki, o, məşəli stadiona gətirmişdi. Minlərlə idmançı və məşhur insanlar bütün Azərbaycanı məşəllə dolaşdılar. Onu məşəli stadiona gətirəcək şəxs qismində seçdilər. Bu da onun idmana sadiqliyinin və dövlətimizin, insanlarımızın paralimpiya hərəkatına verdiyi qiymətin təzahürüdür”.
Son xəbərlər
Son Xəbərlər