Masallıda elektrik dirəyində təmir aparan şəxs dirəyin qırılması nəticəsində yıxılaraq ölüb.
Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluqdan bildirilib.
“İyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılovun Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılaraq almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır”, - rəsmi məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər