Elektrik dirəyində təmir apararkən cərəyan vurdu, öldü

elektrik-direyinde-temir-apararken-cereyan-vurdu-oldu
Oxunma sayı: 3140

Gəncədə 30 yaşlı kişini cərəyan vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 11-də Abbas Səhət küçəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Röyal Əliyev nasazlığı aradan qaldırmaq üçün işıq dirəyinə çıxıb. Bu zaman ehtiyatsızlıqdan yüksək gərginlikdən cərəyanın vurması nəticəsində ölüb.

Fakta bağlı araşdırma aparılır.

***

Gəncə şəhər prokurorluğundan "Qafqaiznfo"ya verilən məlumata görə, fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Lamiyə Məmmədova