Elektrik enerjisi ilə bağlı bazar operatoru yaradılacaq

elektrik-enerjisi-ile-bagli-bazar-operatoru-yaradilacaq
Oxunma sayı: 2619

İkinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydaları əsasında elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi bazar operatoru yaradılacaq.

“Qafqazinfo”nun məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi və “Azərenerji” ASC ilə birlikdə 2025-ci il 1 iyul – 31 dekabr müddətində bununla bağlı hüquqi akt layihəsinin təqdim olunmasını təqdim etməlidir.