Elektrik enerjisi istehsalı artıb

elektrik-enerjisi-istehsali-artib
Oxunma sayı: 751

“Azərenerji” ASC yanvar ayı ərzində 2.126 milyard kvts elektrik enerjisi istehsal edib. 

“Qafqazinfo” xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 3 milyon kvts çoxdur. Belə ki, ötən ilin yanvar ayında 2.123 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.

Bu ilin yanvar ayında istehsal edilən 2.126 milyard kvts elektrik enerjisindən 191.9 milyon kvts qonşu ölkələrə ixrac olunub.