Elektrik enerjisi ixracında artım- - 148 milyon

elektrik-enerjisi-ixracinda-artim-
Oxunma sayı: 711


“Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, külək elektrik stansiyalarında bu ilin ilk beş ayı ərzində 2,9 milyon kilovat-saat həcmində elektrik enerjisi istehsal olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 32% çoxdur. 

Bundan əlavə, günəş elektrik stansiyalarından Azərbaycan 1,2 milyon kilovat-saat elektrik enerjisi əldə edib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-may aylarında sayğac göstəriciləri əsasında, Azərbaycan 148 milyon 540.95 min kilovat-saat elektrik enerjisi ixrac edib.  

Gömrük bəyannamələri əsasında isə, 8 milyon 322.44 min dollar dəyərində 140 milyon 803.81 min dollar dəyərində elektrik enerjisi satılıb.