Göyçayda 32 yaşlı kişini cərəyan vuraraq öldürüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin M.Ə Rəsulzadə küçəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Fətullayev Sadıq Əhliman oğlu işlədiyi 3 mərtəbəli sahibkarlıq obyektinin elektrik işlərini görən zaman ehtiyatsızlıqdan əlini açıq naqilə vurub. Nəticədə onu cərəyan vurub. S.Fətullayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər