Elektrik naqili qırıldı, 1 ha sahəni yandırdı - Yenilənib+Video

elektrik-naqili-qirildi-1-ha-saheni-yandirdi
Oxunma sayı: 4986

Bu dəqiqələrdə Ceyranbatan su anbarında yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, yanğın yol boyu görünür.

Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub. 

***

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğına güclü külək nəticəsində elektrik naqilinin qırılması səbəb olub. Elektrik naqili yerə düşərək yanğın törədib.

Hazırda yanğın tamamilə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyi sözügedən yanğınla bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, Abşeron rayonu, Bakı-Quba yolunun 16-cı kilometrliyində (Ceyranbatan su anbarının yaxınlığı) yol kənarında 1 ha sahədə quru ot yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Elsevər