Tovuz rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarında dəmir yol xəttinin Tovuz şəhəri ərazisindən keçən hissəsində hündürlükdə olan elektrik naqilinə toxunulmuş vəziyyətdə kişi meyidi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, ölən şəxs rayonun Abulbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Bünyazov Vüqar Əli oğludur. O, elektrik naqili kəsmək istəyərkən cərəyan onu vuraraq öldürüb. V. Bünyazovun hansı məqsədlə elektrik naqillərini kəsmək istəməsi hələ ki, məlum deyil.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər