Ağstafanın Qırlı kəndində bədbəxt hadisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, kənd sakini, 1969-cu il təvəllüdlü Elman Məmmədov elektrik xətlərini təmir edən zaman hündür dirəkdən yıxılaraq xəsarət alıb.
Xəstəxanaya çatdırılan E.Məmmədovun vəziyyəti kafi qiymətləndirilir.
Araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər