“Elektron hökumət” bülleteninin ilk sayı işıq üzü görüb

elektron-hokumet-bulleteninin-ilk-sayi-isiq-uzu-gorub
Oxunma sayı: 642

“Qafqazinfo”nun Nazirliyin rəsmi saytına istinadən məlumatına görə, bülleten ölkəmizdə elektron hökumətin formalaşması istiqamətində görülən və nəzərdə tutulan işləri, elektron hökumət layihələri haqqında məlumatları, o cümlədən elektron xidmətlərin sayını, onlardan istifadə və s. müqayisəli statistikanı təqdim etməyi, ictimaiyyəti məlumatlandırmağı nəzərdə tutur. Bundan başqa yeni təqdim olunacaq elektron xidmətlərin şərh olunması, müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin analizi və təqdimatlarının işıqlandırılması planlaşdırılıb.
Bülletendə həmçinin “Elektron hökumət” portalında yerləşdirilmiş e-xidmətlərin, ən çox istifadə olunan xidmətlərin, elektron xidmətlərdən istifadə barədə verilən elektron imza sertifikatlarının sayı haqqında statistik məlumatlar verilib. Dekabr ayı ərzində elektron hökumət portalı vasitəsilə 1800-dən artıq elektron xidmətdən 8000 dəfə istifadə olunub.
Hazırda mobil e-imza xidmətlərinin yaradılması üzərində işlər davam etdirilir və bülletendə mobil e-imza xidmətlərinin 2013-cü ilin birinci rübündə istifadəyə veriləcəyi barədə məlumat verilib.
Nigar Məmmədli