“E-imza” istifadəçilərinin sayı artmaqda davam edir.
“Qafqazinfo” ictnews.az-a istinadən xəbər verir ki, cari ilin 1 iyun tarixinədək olan statistikaya əsasən, bu günə qədər dövlət qurumları üzrə 59100, fiziki şəxslər üzrə 16120, hüquqi şəxslər üzrə isə 15310 “elektron imza” sertifikatı istifadəyə verilib. Ümumilikdə isə, bu günə qədər Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi “e-imza” sertifikatlarının sayı 90530-a çatıb.
2016-cı ilin may ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatının sayı 2792 təşkil edib. Onlardan dövlət qurumları üzrə 2318, fiziki şəxslər üzrə 46, hüquqi şəxslər üzrə isə 428 “e-imza” sertifikatı istifadəyə verilib.
"Elektron hökumət" portalının autentifikasiya vasitələrindən biri sayılan “elektron imza” vasitəsilə 1 iyun 2016-cı il tarixədək həyata keçirilən sənəd imzalama və autentifikasiya tranzaksiyalarının toplam sayı dövlət qurumları tərəfindən 11 095 046, hüquqi və fiziki şəxslər tərəfindən isə 2 411 725 olmaqla ümumən 13 506 771 olub.
Son xəbərlər
Son Xəbərlər