“Qafqazinfo”nun xəbərinə görə, məlumatda qeyd olunur ki, “elektron imza” e-sənəd mübadiləsində ən səmərəli vasitədir. E-imza vasitəsilə virtual məkanda sənəd mübadiləsinin təhlükəsiz və çevik icrası təmin edilir və iştirakçıların şəxsiyyəti müəyyən olunur. E-imza kargüzarlıq proseduralarının elektronlaşdırılması və bununla bağlı kağız əməliyyatlarının ləğv edilməsində açar rolunu oynayır.
Elektron imza vətəndaş-hökumət, hökumət-vətəndaş, biznes-hökumət, hökumət-biznes arasında elektron informasiya münasibətlərini təmin edir.
Son xəbərlər
Son Xəbərlər