Bu gün AFFA idman jurnalistləri ilə görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, görüşdə əsas müzakirə mövzularından biri də "Elektron kütləvi informasiya vasitələri haqqında" qanun layihəsi olub.
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, indiki halda bununla bağlı Milli Məclisə müraciət etmək lazımdır: “Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla danışmışıq və onunla görüşəcəyik. İstəyirik ki, bu qanun layihəsi hazırlansın və Milli Məclisdə qəbul olunsun".
Son xəbərlər
Son Xəbərlər