Azərbaycanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı işlərin yekunlaşdırılması üçün əlavə vəsait ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.
Maliyyə Nazirliyinə Ədliyyə Nazirliyi ilə birlikdə məhkəmələrdə mövcud olan iş yükünü nəzərə alaraq, onlara məhkəmə icraatının təmin edilməsi, o cümlədən kargüzarlığın aparılması üçün ayrılan vəsaitin ehtiyaclara uyğun artırılması və İqtisadiyyat Nazirliyi ilə birlikdə məhkəmə infrastrukturunun təkmilləşdirilməsi və məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı təklifləri hazırlayıb təqdim etmək tapşırılıb.
Son xəbərlər
Son Xəbərlər