Elektron qolbaq daşıyan keçmiş məhkumdan növbəti cinayət

elektron-qolbaq-dasiyan-kecmis-mehkumdan-novbeti-cinayet
Oxunma sayı: 2857

İsmayıllı rayonunda evdən ətir, araq, viski və digər əşyalar oğurlayan keçmiş məhkum saxlanılıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, yanvarın 16-da saat 01 radələrində İsmayıllı şəhəri, R.Behbudov küçəsi ev 18-də yerləşən Əsədov Rüstəm Nəriman oğluna məxsus evin hasarından həyətə daxil olaraq evin pəncərəsinin şüşəsini daşla sındıraraq içəri girib. Sonra yataq otağının pəncərəsinin şüşəsini də sındırıb həmin otaqdan güzgülü komodun qarşısından hər biri 50 manat dəyərində 50 ml qramlıq 5 ədəd "Chanel" markalı ətiri, 1 ədəd 280 manat dəyərində ağ mirvari sepi, ev sahiubinin həyat yoldaşı Sevda Əsədovaya məxsus 20 manat dəyərində sadə bjuteriya formalı qol saatını, komodun rəfindən isə hər biri 10 manat dəyərində 0,5 litr tutumlu “Ryumka Vodka” markalı 2 ədəd arağı, evin qonaq otağından güzgülü komodun qarşısından isə 1 ədəd 40 manat dəyərində 0,5 litr tutumlu “Jack Daniels” markalı viskini oğurlayıb.

Bununla da, ev sahibi R.Əsədova ümumilikdə 610 manat maddi ziyan vurmaqla oğurluq edib. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işinin istintaqı İsmayıllı RPŞ-nin İstintaq bölməsinin rəisi, polis mayoru Hənifə Bayramzadənin icraatında davam etdirilir. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Samir Əsədli saxlanılıb. Müəyyən olunub ki, S. Əsədli 2019-cu ilin fevral ayında İsmayıllıda bir neçə evdən oğurluq etdiyi üçün məhkəmənin hökmü ilə məhkun edilib, ona elektron qolbaq taxmaqla azadlığın məhdudlaşdırılması cəzası verilib. S.Əsədli bir neçə gün əvvəl oğurluq edərkən belə "GPS" funksiyalı elektron bilərzik ayağında olub. İsmayıllı rayon məhkəməsinin qərarı ilə S. Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Murad Əhməd