“Qanunvericilikdə bəzi maddələr var ki, hesablamadığımız problemlərə gətirə bilər. “Dərman vasitələri haqqında” qanuna elektron resept tələbinin qəti şəkildə qoyulması bunlardan biridir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Rəşad Mahmudov Səhiyyə komitəsinin iclasında bildirib.
Deputat qeyd edib ki, qanunvericilikdə elektron reseptlə yanaşı, kağız reseptlərin də qalması məqsədəuyğundur.
Azərbaycan dilində içliklərin olmaması mövzusuna toxunan Rəşad Mahmudov əlavə edib ki, şirkətlər hər ölkə üçün sifarişə uyğun olaraq istehsal edir dərmanları: “Bu zaman dərmanın qutu və digər xərcləri də üzərinə qoyulur. Əgər dərman şirkətlərinə ölkədə olan distribütorlar Azərbaycan dilində içliklə bağlı müraciət etsə, içliklər də bu cür hazırlanacaq. İqtisadi səbəbə görə, qənaət baxımından Azərbaycan dilində olan içliklərin çıxarılması istehsalçı ilə istehlakçı arasında zəncirin qopmasına səbəb ola bilər”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər