Elektron siqaret və qəlyan aksizə cəlb edilir

Elektron siqaret və qəlyan aksizə cəlb edilir
Oxunma sayı: 973

Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri də aksiz vergisinə cəlb edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vergi Məcəlləsində dəyişikliklərdə bildirilir. Belə ki, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya burna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat aksiz vergisi tətbiq ediləcək. 

Həmçinin qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə görə aksiz vergisi  14,0 manata qaldırılır. Əvvəl bu rəqəm 12 manat 90 qəpik idi. 

Bundan əlavə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri –hər bir ədədinə 0,25 manat aksiz vergisi tətbiq edilməsi təklif olunur.

Günel Türksoy