Xalq artisti Brilliant Dadaşova 162 saylı məktəbdən qovulan direktor Sevinc Abbasova barədə instaqramda paylaşım edib. O, direktorun intihar edən 8-ci sinif şagirdi Elina Hacıyeva və ailə üzvləri barədə səsləndirdiyi fikirlərə etiraz edib:
“Müəllim, sizə ayıb olsun. Atam Süleyman Dadaşov da pedaqoq idi və biz ondan ailələrdə mövcud çətinliklərin təsirini çox eşitmişdik. Bir şagirdin ailəsində problem varsa, deməli, siz o uşağa daha çox diqqət ayırmalı idiniz. Digər tərəfdən, Elinanın anası ikinci dəfə ailə qurubsa, bu, əsla pozğunluq deyil və buna görə o uşaq həyatı bahasına hesab verməməli idi. Təəssüf edirəm, siz elementar insani keyfiyyətlərdən belə məhrumsunuz, qalsın ki, müqəddəs müəllim həssaslığı”.
Qeyd edək ki, dünən Sevinc Abbasovanın səs yazısı yayılmış, ailə barədə “pozğun, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var və bununla maraqlanmayıb” sözlərini demişdi.
Son xəbərlər
Son Xəbərlər