Eleonora Hüseynova vəfat etdi

Eleonora Hüseynova vəfat etdi
Oxunma sayı: 3723

Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

E.Hüseynova 1994-2004 Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub.

Allah rəhmət eləsin!