Ələt-Astara yolunda dəhşət - - 2 ölü, 2 yaralı

elet-astara-yolunda-dehset-
Oxunma sayı: 1212


“Qafqazinfo”  “xeberdar.az”a istinadən xəbər verir ki, Ələt-Astara yolunda “Prado” markalı avtomobillə, “Vaz 21015” markalı avtomobil toqquşub. Nəticədə “Vaz 21015” sürücüsü 1990-cı il təvəllüdlü Ramil Möhnətov və 1993-cü il təvəllüdlü Royal Dadaşov ölüb. Sərnişinlər Rafiq İmanov və  Fuad Quliyev isə ağır yaralanıb. Yaralılar dərhal Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətləri ağırdır.

İlkin olaraq hadisənin “Prado” markalı avtomobilin “Vaz 21015” markalı avtomobilin yoluna çıxması nəticəsində baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.