Ələt qəsəbəsində növbəti səyyar görüş keçirildi - Fotolar

elet-qesebesinde-novbeti-seyyar-gorus-kecirildi
Oxunma sayı: 795

Bu gün Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edib.

Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak edib.

Qəsəbə sakinlərindən 8 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.