Ələt qəsəbəsində səyyar görüş keçirilib

elet-qesebesinde-seyyar-gorus-kecirilib
Oxunma sayı: 863


Qəbula gələn qəsəbə sakinlərindən 17 nəfəri fərdi qaydada dinlənilib. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışıblar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı  Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verib. Baş Ələt stansiyası, F.Hüseynov küçəsini təchiz edən su xəttinin 1300 metrlik hissəsi yenisi ilə əvəz olunub, qəsəbə ərazisində 400-ə yaxın müxtəlif ağac və kollar əkilmişdir. Hal-hazırda 3-cü və 4-cü massivlərdə yeni qaz xətti çəkilişi işləri və mini futbol meydançasının və idman zalının tikintisi davam etdirilir.