Ötən gecə Qaradağ rayonu Ələt ərazisində beynəlxalq daşıma ilə məşğul olan sərnişin avtobusu qəzaya düşüb.
Bu barədə “Qafqazinfo” ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
O qeyd edib ki, “Araz Trans” şirkətinə məxsus olan sərnişin avtobusu Tbilisi-Bakı-Tbilisi istiqamətində sərnişinlərə xidmət edir: “Bu gecə avtobus Tbilisidən Bakıya qayıdarkən Qaradağ rayonu ərazisində ot daşıyan “Qazel” markalı maşına çırpılıb.
Sərnişinlərdən ciddi xəsarət alan olmayıb. 3 nəfər yüngül xəsarət alıb. Ev şəraitində müalicə olunurlar. Avtobus sürücüsü gürcü vətəndaşıdır. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır”.
O, həmçinin vurğulayıb ki, "Araz Trans" MMC-nin rəhbəri Bəsti Məmmədova DANX-yə məlumat verərək bildirib ki, sürücü ilə müqaviləyə bazar ertəsi xitam veriləcək.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər