Ələtdə şəhidin anım mərasimi keçirildi - Foto

eletde-sehidin-anim-merasimi-kecirildi
Oxunma sayı: 1018

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları rayonun Ələt qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Abdullayev Balazadənin məzarı önünə əklil və gül dəstələri qoyub.