Elgiz Qəhrəmanın atası vəfat etdi

elgiz-qehremanin-atasi-vefat-etdi
Oxunma sayı: 2490

Siyasi fəal Elgiz Qəhrəmanın atası dünyasını dəyişib . 

“Qafqazinfo” xəbər verir ki, E.Qəhrəmanın atası Camal Qəhrəman sabah Yevlaxda dəfn ediləcək. 

Xatırladaq ki, E.Qəhrəman “NİDA” hərakatının üzvü olub. O, 2017-ci ildə Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitə saxlama, daşıma, göndərmə, əldə etmə-külli miqdarda törədildikdə) maddəsilə ittiham olunaraq 5 il 6 ay müddətinə həbs olunub. Daha sonra isə həbs müddəti 3 ilə endirilib. 2019-cu ildə Prezdentin əfv sərəncamı ilə azadlığa buraxılıb.