Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi məlum olub.
Hakim bildirib ki, həmin şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, polis qərarı icra etməyib və şahidlər bugünkü prosesdə iştirak etməyib.
Təqsirləndirilən Vidadi Zeynalova sərbəst çıxış üçün söz verilsə də, o, bundan imtina edib: “Əli Abbasov məhkəməyə gəlməyənə qədər danışmayacağam”.
Məhkəmə prosesi fevralın 8-də davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər