Əli Abbasov spikerlə görüşüb

eli-abbasov-spikerle-gorusub-
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən də informasiya texnologiyaları sahəsində görülən işlərdən söz açan Ə. Abbasov qonağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırıb. Bu ilin 6-9 noyabr tarixlərində BMT və Azərbaycanın birgə təşkilatçılığı ilə VII İnternet İdarəçiliyi Forumunun Bakıda keçirildiyini xatırladan nazir bunu ölkəmizdə azad internetin göstəricisi kimi vurğulayıb və qeyd edib ki, ölkə əhalisinin 65 faizi internet, 30 faizi isə genişzolaqlı internet istifadəçisidir. Ümumilikdə genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, elektron xidmətlərin daha da genişləndirilməsi, ilk telekommunikasiya peykinin yaxın zamanlarda orbitə buraxılması, eləcə də digər milli və regional layihələrdən söz açan nazir İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti ilə internetin inkişafında “start-up”- kiçik, modern müəssisələrin yaradılmasına güzəştli şərtlərlə dəstək veriləcəyini və bu sahənin daha da inkişaf edəcəyini diqqətə çatıdırb.
Ölkəmizin uğurlarını müsbət qarşılayan Maykl Madigan da İllinoys ştatında, o cümlədən də Çikaqo şəhərində aparılan işlər barədə məlumat verib.
Görüşdə həmçinin, Azərbaycanın İT Fondu ilə İllinoys ştatının maliyyə fondları və mərkəzləri ilə gələcəkdə əməkdaşlıq məsələləri müzakirə edilib və bu istiqamətdə spiker lazımi dəstək verəcəyini xüsusi vurğulayıb.

Nigar