Əli Abbasova AMEA-da yeni vəzifə verildi

eli-abbasova-amea-da-yeni-vezife-verildi
Oxunma sayı: 5896

Məlum olduğu kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin də iştirak etdiyi iclasda bir sıra kadr məsələlərinə baxılıb. 

Akademik Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olunub. 

Qeyd edək ki, Əli Abbasov 2004-cü ildən 2014-cü ilə qədər Rabitə və İnformasiya Texnologiyaları naziri, 2014-2015-ci illərdə isə Rabitə və Yüksək Texnologiyalar naziri olub.