İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani Türkiyəyə rəsmi səfərə yollanıb.
“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, Kani İstanbulda bu gün keçiriləcək D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcək.
Sözügedən iclasda isə Qəzzada hazırda davam edən müharibə müzakirə ediləcək. İclas çərçivəsində Kani həmkarları ilə görüşlər də keçirəcək.