“Əli bəy Hüseynzadə TURAN” kitabı Türkiyədə çap olunacaq

eli-bey-huseynzade-turan-kitabi-turkiyede-cap-olunacaq
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, çəkilən kitabın Türkiyə türkcəsinə uyğunlaşdırılmasına artıq başlanılıb. Türk Ocaqlarının İstanbul şöbəsi, əsərin qısa zaman ərzində və Bakı nəşrinin bənzəri olan nəfis tərtibatla çapını həyata keçirəcək.
Qeyd edək ki, Qənirə Paşayeva ilə Azər Turanın ortaq işi olan “Əli bəy Hüseynzadə TURAN” kitabı, 2009-cu ildə Bakıda “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb və Azərbaycanda Atatürk Mərkəzində ictimaiyyətə təqdim olunub. Adından da bəlli olduğu kimi, kitabda Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq (Çağdaşlaşmaq) təliminin yaradıcısı olmuş dahi şəxsiyyət – filosof, publisist, şair, rəssam, həkim və naşir Əli Bəy Hüseynzadənin ömür yolu, elmi-ictimai fəaliyyətinin başlıca məqamları araşdırılıb. Kitabın Bakı nəşrinin məsləhətçisi Əli bəyin qızı Feyzavər Alpsar, rəyçisi isə İstanbul Universitetinin professoru İbrahim Yıldırımdır. Kitabda bir sıra tarixi faktlar ilk dəfə açıqlanıb, ilk dəfə olaraq Feyzavər Alpsarın atası ilə bağlı , tarix üçün çox önəmli xatirələri öz əksini tapıb, habelə bir sıra foto və rəsmlər də ilk dəfə olmaq surəti ilə təqdim olunub.

Fatimə Kərimli