“Qafqazinfo” xəbər verir ki, mərasimdə Karabük bölgəsinin rəsmiləri, ziyalıları, gənclər və mətbuat və media nümayəndələri iştirak edib. “Əli bəy Hüseyinzadə Azərbaycanda doğulmasına baxmayaraq ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”. Bu fikirləri millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostuq Qrupunun üzvü Qənirə Paşayeva Karabükdə təşkil edlən Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib. Millət vəkili Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar verdiyi fərmana görə böyük aydın, mütəfəkkir barədə müxtəlif silsilə tədbirlərin keçiriləcəyini deyən millət vəkili bu cür tədbirlər təşkil edərək gənclərə Əli bəy Hüseynzadə şəxsiyyəti, fikir və düşüncələri, hələ gənclik dövrlərindən etibarən türklərin birliyi uğrunda etdiklərinin gənclərə daha çox öyrədilməli olduğunu vurğulayıb. “Əli bəy Hüseynzadənin həyat fəaliyyəti həm öz dövrünün, həm də gələcək dövrlərin gənclərinə örnəkdir."
Millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu "Əli Bəy Hüseynzadə Turan" kitabının Türkiyədə, Karabükdə təqdimatı və çıxışının linkini sizə təqdim edirik.
Son xəbərlər
Son Xəbərlər