Əli Əhmədov səfirlə görüşdü

eli-ehmedov-sefirle-gorusdu
Oxunma sayı: 840


“Qafqazinfo” partiyanın saytına istinadən xəbər verir ki,Əli Əhmədov səfirin maraq dairəsinə uyğun olaraq, Azərbaycanın siyasi mənzərəsi, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu, ictimai-siyasi həyatda mövqeyi və beynəlxalq əlaqələri barədə məlumat verib. Sonuncu dəfə Azərbaycanda beş il əvvəl olduğunu qeyd edən səfir Baard İvar Svendsen ölkəmizdə möhtəşəm inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Norveç səfiri Azərbaycanda son illər ərzində güclü iqtisadi inkişaf fonunda sosial durumun xeyli dəyişdiyini, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin kifayət dərəcədə yaxşılaşdığını qeyd edib.

Görüşdə Azərbaycan və Norveç arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanmış, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.