Nazirlər Kabinetinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, iclasda işçi qrupuna daxil olan səhiyyə, iqtisadiyyat və sənaye, maliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, habelə Dünya Bankının nümayəndələri iştirak ediblər.
İclasda səhiyyə sahəsində islahatların keyfiyyətcə yeni mərhələsinə başlamaq üçün İcbari Tibbi Sığorta sisteminin tətbiqinin həyata keçirilməsinə dair geniş müzakirələr olub. İclasın sonunda Baş nazirin müavini Əli Əhmədov işlərin sürətləndirilməsi və zəruri tədbirlərin görülməsi barədə işçi qrupuna müvafiq tapşırıqlar verib.
Son xəbərlər
Son Xəbərlər