Əli Əhmədov yaralılara baş çəkdi

eli-ehmedov-yaralilara-bas-cekdi
Oxunma sayı: 1822


“Qafqazinfo” xəbər verir ki, o, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gələrək həkimlərlə söhbətləşib. Baş nazirin müavini yaralıların ehtiyacları ilə maraqlanıb. 

Qeyd edək ki, rəsmi məlumatlara görə, Binəqədi rayonundakı yanğında 14 nəfər ölüb, 41 nəfər yaralanıb. 

Onlardan 17-i 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 4 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.