Qurbanlı bildirib ki, iş qrafiklərində heç bir dəyişiklik yoxdur: “Əvvəlki rejimdə işləyirik. Əli Əhmədov hər gün YAP-ın mərkəzi qərargahına gəlir, İcra Katibliyinin iclasını keçirir, vaxtaşırı İdarə Heyətinin toplantılarına sədrlik edir, sənədlərə baxır, tapşırıqlar verir. Eyni zamanda nəzərə almaq lazımdır ki, biz internet əsrində yaşayırıq. Təxirəsalınmaz cari məsələlər olanda onları da informasiya-kommunikasiya vasitələrinin köməyi ilə həll edirik, telefonla müzakirələr aparırıq. Bununla da bağlı çətinliyimiz yoxdur”.
Deputatın sözlərinə görə, Əhmədovun hər gün YAP-ın qərargahında olması, iclaslar keçirməsi Nazirlər Kabinetindəki işinə mane olmur: “Çünki Əli Əhmədov YAP-ın qərargahına fasilə zamanı gəlir. Eyni zamanda şənbə günləri partiyanın qərargahında olur. Əli Əhmədovun baş nazirin müavini olması YAP İcra Katibliyinin statusunu daha da yüksəldir. Bu da partiyanın fəaliyyətinə müsbət təsir göstərir”.
YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov 2013-cü ilin oktyabrında baş nazirin müavini təyin olunub.
Son xəbərlər
Son Xəbərlər