Əli Əsədov Giorgi Amilaxvari ilə görüşdü

eli-esedov-giorgi-amilaxvari-ile-gorusdu
Oxunma sayı: 1524

Yanvarın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib.

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.