Əli Əsədov həmkarına başsağlığı verdi

eli-esedov-hemkarina-bassagligi-verdi
Oxunma sayı: 2029

Baş nazir Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücumla bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib.

Baş nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.