Əli Əsədov iclas keçirdi

Əli Əsədov iclas keçirdi
Oxunma sayı: 1866

Bu gün Azərbaycanın Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclasda Azərbaycan Prezidentinin 07 avqust 2020-ci il tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.

Azərbaycan Prezidentinin 2020-ci il 07 avqust tarixli 1120 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub. AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi