Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşdü

eli-esedov-iranin-birinci-vitse-prezidenti-ile-gorusdu
Oxunma sayı: 1353

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

“Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.