Əli Əsədov Latviyanın müdafiə naziri ilə görüşdü

eli-esedov-latviyanin-mudafie-naziri-ile-gorusdu
Oxunma sayı: 1230

Baş nazir Əli Əsədov aprelin 27-də Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabrikslə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildiriblər ki, görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.