Əli Əsədov Milli Məclisdə hesabat verəcək

eli-esedov-milli-meclisde-hesabat-verecek
Oxunma sayı: 1192

Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatı Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında müzakirə ediləcək. 

“Qafqazinfo” xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək. 

İclasda hökumət üzvləri də iştirak edəcək. 

Qeyd edək ki, martın 16-da baş tutacaq iclasın gündəliyinə də bir məsələ daxil edilib. Bu da  Nazirlər Kabinetinin 2020-ci il fəaliyyəti haqqında hesabatdır.

Günel Türksoy