Baş nazir Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildiriblər ki, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib.
Görüşdə, həmçinin Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Son xəbərlər
Son Xəbərlər