Milli Məclisin plenar iclası öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, iclasda baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.
Baş nazir hökumətin 2020-ci il hesabatını deputatlara təqdim edəcək.
***
Baş Nazir çıxışında COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışıb. O qeyd edib ki, ötən il 644 milyon manat vəsait koronavirusla mübarizəyə sərf edilib: “Bu günə kimi 460 min nəfər əhali vaksinasiya olunub. Ümid edirik ki, vaksinasiya xəstəliyin miqyasının azaldılmasında əhəmiyyətli rol oynayacaq”.
***
Ə. Əsədov çıxışında qeyd edib ki, hökumətə təqdim edilən təkliflərin hər birində antikorrupsiya məsələlərinin nəzərdə tutulması, sui-istifadə hallarına yol verilməməsi mərkəzi icra hakimiyyəti orqanları qarşısında qoyulan əsas məsələlərdəndir: “Bu məqsədlə Azərbaycan İnvestisiya Fondu yaradılıb. 22 iri dövlət müəssisəsinin bu quruma verilməsi planlaşdırılıb. Bu günə kimi 8 dövlət müəssisəsi holdinqin idarəçiliyinə verilib”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər