Əli Əsədov Qusmanla görüşdü

eli-esedov-qusmanla-gorusdu
Oxunma sayı: 1165

Yanvarın 24-də Baş Nazir Əli Əsədov Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Əli Əsədov Mixail Qusmanı yubileyi və Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin getdikcə dərinləşdiyi vurğulanıb, humanitar əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının uğurla keçdiyi və xalqlar arasında münasibətlərə müsbət təsir göstərdiyi vurğulanıb.