Əli Əsədov Ruhsar Pekcanla görüşdü

eli-esedov-ruhsar-pekcanla-gorusdu
Oxunma sayı: 1123

Baş nazir Əli Əsədov bu gün Türkiyənin ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub, iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib.